AZ

Oğuzda toy məclisində dava: Bəyin xalası oğlu ayaqyolunda döyüldü

Oğuz rayonunda toyda dava düşüb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq saraylarından birində baş verib.

Rayonun Muxas kənd sakini, 2001-ci il təvəllüdlü Emin Məmmədov (soyad şərtidir) şadlıq sarayında həmkəndlisinin toy mərasimində iştirak edib. Həddindən artıq spirtli içki qəbul edən E.Məmmədov toyda bəyin xalası oğlu Səxavətlə rastlaşıb. O, Səxavətlə söyüşlə zarafat edib və bu da Səxavətin etirazına səbəb olub. Etiraz davaya çevrilib və E.Məmmədov Səxavəti restoranın birinci mərtəbəsində yerləşən ayaqyoluna apararaq orada döyüb.

Hadisə nəticəsində Səxavət bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.

Oğuz Rayon Məhkəməsində aparılan istintaq zamanı tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə E.Məmmədova 2 min manat cərimə cəzası təyin edilib.

Bizim.Media

Seçilən
9
1
bizim.media

2Mənbələr