AZ

Almaniya yollarının bərpasına 1 milyard avro tələb olunur - FOTO

Sürətli avtobanları ilə seçilən Almaniyada yolların təmirinə ciddi vəsait tələb olunur. 

Avtosfer.az xəbər verir ki, Nəqliyyat Nazirliyi Bundestaqdan (Parlament) yol infrastrukturuna təcili qaydada 450 milyon avro ayrılmasını xahiş edib. Halbuki, 2025-ci ilin büdcəsində belə məbləğ nəzərdə tutulmamışdı.

Yolların təmiri və saxlanmasına məsul olan “Autobahn GMBH” isə növbəti mərhələdə əlavə 750 milyon avro ayrılmasını istəyir. Əks halda yenilənmə və bərpa işləri təxirə salına bilər. Ən narahatlıq doğuran hal isə körpü və yol ötürücülərindədir. 

Almaniyada yollar həm də düzgün planlanması ilə seçilir. Buna görə də yeni salınmış yol illərlə təmirsiz istismar edilə bilir. Lakin bu ölkənin magistralları hələ Hitler dövründə tikildiyi üçün zamanla aşınmaya məruz qalıb. Avropanın həm ən köhnə, həm də intensiv magistralları bu ölkədə yerləşir. İnfrastrukturun köhnəlməsi əlavə kapital qoyuluşunu şərtləndirir.

Vüqar

FOTO QALEREYA
Seçilən
39
avtosfer.az

1Mənbələr