AZ

ABŞ və Avropa fond bazarlarında eniş müşahidə olunur - İndekslər

İyulun 31-də ABŞ və Avropa fond bazarlarında əsas indekslər üzrə ümumilikdə eniş müşahidə olunub.

"APA-Economics" xəbər verir ki, ABŞ fond bazarlarında Dow Jones indeksi 330,30 bənd və ya 0,74% azalaraq 44 130,98 bəndə, S&P 500 indeksi 23,51 bənd və ya 0,37% enərək 6 339,39 bəndə, Nasdaq Composite indeksi 7,22 bənd və ya 0,03% azalma ilə 21 122,45 bəndə düşüb. NYSE Composite indeksi 172,43 bənd və ya 0,84% azalaraq 20 458,45 bənd olub. S&P/TSX Composite (Kanada) indeksi də 110,18 bənd və ya 0,40% geriləyərək 27 259,78 bəndlə bağlanıb.

Avropa bazarlarında da oxşar dinamika qeydə alınıb. Euro Stoxx 50 indeksi 73,26 bənd və ya 1,36% azalaraq 5 319,92 bənd, Böyük Britaniyanın FTSE 100 indeksi 4,13 bənd və ya 0,05% azalaraq 9 132,81 bənd təşkil edib. Almaniyanın DAX indeksi 196,75 bənd və ya 0,81% enərək 24 065,47 bəndə düşüb. Fransanın CAC 40 indeksi 89,99 bənd və ya 1,14% azalma ilə 7 717,97 bənd olub. Avropada yeganə artım İspaniyanın IBEX 35 indeksində qeydə alınıb – indeks 16,40 bənd və ya 0,11% artaraq 14 397,00 bənd səviyyəsində qərarlaşıb.

Analitiklər qeyd edirlər ki, bazarların enişinə səbəb kimi investorların ABŞ-ın iqtisadi perspektivləri və Federal Ehtiyat Sisteminin mümkün faiz qərarları ilə bağlı ehtiyatlı davranışı, eləcə də Avropada zəif maliyyə göstəriciləri və qeyri-müəyyən makroiqtisadi mühit göstərilir.

Seçilən
93
1
apa.az

10Mənbələr