
Telegram istifadəçiləri 31 iyul axşamı bir neçə ölkədə messencerin işində fasilələrlə üzləşiblər. Bu barədə Downdetector xidmətinin məlumatları xəbər verir.Xüsusilə Rusiyada bildirişlərin alınmasında çətinliklər yaşanıb, həmçinin mobil tətbiqin və veb saytın işləməsində nasazlıqlar qeydə alınıb. Böyük Britaniya, ABŞ və Almaniyada serverə qoşulma və hesab girişində problemlər müşahidə olunub.Telegram-da bu nasazlıq yeniləmələr fonunda baş verib. Belə ki, 31 iyuldan etibarən messencerə yeni funksiyalar əlavə edilib — artıq ictimai kanallardakı paylaşımlar üzrə qlobal axtarış funksiyası aktivdir.Ulusum.az
Diqqət Çəkənlər
İran ABŞ-dan haqq-hesab soruşur: Zərərin əvəzini ödəyin
Azərbaycanlı idmançı faciəvi şəkildə həyatını itirdi
Moskva yaxınlığında yanğın kabusu - Beşmərtəbəli binada bir nəfər həyatını itirdi