AZ

Tramp siyahı yaydı Bu ölkələr pis vəziyyətdə

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Kanada, Tayvan, İsveçrə və bəzi digər ölkələrə ticarət tariflərini artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Yeni rüsumların həcminə görə liderlər Laos və Myanma (40%), həmçinin İsveçrə (39%) olub. Ağ Ev rəhbəri Kanadaya 35%, Cənubi Afrikaya 30%, Tayvan və Şri Lankaya 20%, İsrailə 15%, Venesuelaya 5% rüsumlar tətbiq edib. Asiya səhmləri və ABŞ fyuçersləri xəbərlərə görə aşağı düşüb, Tayvan dolları yeddinci gündür ucuzlaşır və İsveçrə frankı geriləyir”, – deyə bildirilib.

Daha əvvəl CNN məlumat vermişdi ki, Trampın yeni tarifləri planlaşdırıldığı kimi avqustun 1-də deyil, bir həftə sonra tətbiq olunacaq.

Qeyd edək ki, iyulun 31-də D.Tramp 60-dan çox ölkədən gələn mallara 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
44
globalinfo.az

1Mənbələr