AZ

TASS guya günahını anladı: üzrü səhvindən betər

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbərinə guya düzəliş edib.

Ölkə.az xəbər verir ki, TASS məluma xəbərin başlığından “Stepanakert” ifadəsini çıxararaq “Dağlıq Qarabağda Ayvazovskinin abidəsi sökülüb” kimi düzəliş edib. Bu da bir atalar məsəlində deyildiyi kimi: “üzürü səhvindən betər” məsəlini xatırladır. TASS bilməmiş deyil ki, artıq Azərbaycanda "Dağlıq Qarabağ" deyilən bir ərazi yoxdur. Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur kimi iqtisadi bölgələr mövcuddur və mərkəzi Xankəndi şəhəridir!

Bununla da TASS növbəti bir yanlışlığa və kobud səhvə yol vermiş olub.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
1
olke.az

2Mənbələr