"Mədəniyyət və sənət bir millətin yaddaşıdır. Kıbrıs türklərinin səsini, melodiyasını, dəyərlərini dünyaya tanıtmaq mənim üçün bir vəzifədir. İndi isə qardaş ölkə Azərbaycan qarşısında səhnəyə çıxacaq olmağım böyük həyəcan və qürur yaradır," - deyə sənətçi açıqlamasında bildirib.
Fahriye Özay yalnız musiqi ilə deyil, eyni zamanda ədəbiyyat, şeir və ictimai mövzularla da fəal şəkildə maraqlanır. O, həmçinin köşə yazıları və televiziya proqramları ilə də geniş auditoriyaya xitab edir. Yeni layihələri çərçivəsində Kıbrıs ilə Azərbaycan arasında mədəni körpülər yaratmağı hədəflədiyini qeyd edib.
Özayın Azərbaycandakı ilk səhnə çıxışı, Kıbrıs türklərinin səsinin Türk dünyasında daha da tanınmasına və mədəni birliyin güclənməsinə böyük töhfə verəcək.
Serdar Şengül