ABŞ prezidenti Donald Tramp Braziliya vətəndaşlarına viza verilməsini qadağan edən fərman verə bilər.
Operativ Media xəbər verir ki, bu haqda "CNN Brasil" məlumat yayıb.
Mənbənin sözlərinə görə, qadağa 2026-cı ildə futbol üzrə dünya çempionatının keçirilməsinə tətbiq oluna bilər.Bu yolla ABŞ hökuməti Braziliyada ictimai rəyə ölkə rəhbərliyinə qarşı təsir göstərmək istəyir.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.Turnirdə ilk dəfə olaraq 48 komanda mübarizə aparacaq.