AZ

"Bayern"in 51 milyona aldığı Palinya İngiltərə klubunda

"Bayern Münhen"in portuqaliyalı dayaq yarımmüdafiəçisi Joau Palinya karyerasını İngiltərə Premyer Liqasında (İPL) davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, o, icarə əsasında "Tottenhem"in formasını geyinəcək. Mənbə İPL klubunun sonradan 30 milyon avro ödəyərək Palinyanın transfer hüquqlarına sahib çıxa biləcəyini vurğulayıb.

Daha öncə sözügedən oyunçu ilə "Mançester Yunayted", "İnter" və London "Arsenal"ının maraqlandığı barədə məlumatlar dərc edilmişdi.

Xatırladaq ki, "Bayern" Palinyanı ötən yay, 51 milyon avroya "Fulhem"dən alıb. 2024/2025 mövsümündə bütün turnirlərdə 27 matça çıxan orta xətt oyunçusu məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Seçilən
13
fanat.az

1Mənbələr