Azərbaycan UEFA klub reytinqində xallarını artırıb.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın “Petrokub”u məğlub etməsi ölkəmizin aktivinə 0,250, “Araz-Naxçıvan”ın “Aris”la heç-heçəsi isə 0,125 xal yazdırıb.
Azərbaycan hazırda 18.850 reytinq xalı ilə 28-ci yerdədir.
Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir.