Bakı. Trend:
Bu ilin 1 iyul tarixinə Azərbaycan Respublikasının dövlət borcu(daxili və xarici dövlət borcu) 25.7 milyard manat və ya 2025-ci ilüzrə 130.6 milyard manat məbləğində proqnozlaşdırılan Ümumi DaxiliMəhsulun (ÜDM) 19,6 faizini təşkil edib.
Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ümumi dövlət borcunun 8.5 milyard manatı (5.01miolyard ABŞ dolları) və ya 33,2 faizi xarici dövlət borcunun, 17.2milyard manatı və ya 66,8 faizi daxili dövlət borcunun payınadüşür.
"2025-ci il 01 iyul tarixinə Strategiyada nəzərdə tutulan faizdərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkənfaizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsiüzrə yuxarı hədd gözlənilmişdir. Dəyişkən faiz dərəcəsi ilə olanöhdəliklər ümumi borc portfelinin 16,4 faizini təşkil etmişdir", -məlumatda vurğulanıb.