AZ

Britaniyalılar uşaqlarına baş nazirin adını verməkdən imtina edir

Böyük Britaniyada valideynlər Baş nazir Kir Starmer hakimiyyətə gəldikdən sonra Kir adından imtina ediblər...

Poliqon xəbərə verir ki, bu barədə Milli Statistika İdarəsinin araşdırmasına istinadən The Daily Mail məlumat yayıb.

2024-cü ilin iyul ayından indiyədək yeni doğulmuş bir oğlan uşağına da Kir adı verilməyib. Nəşrin qeyd etdiyi kimi, tarixdə ilk dəfə heç bir valideyn oğluna Leyboristlərin lideri ilə eyni adı verməyə cəsarət etməyib.

Starmer vəzifəyə başlamazdan əvvəl dörd uşağa Kir adı verilib. Lakin Leyboristlərin lideri seçkilərdə qalib gəldikdən sonra onun adı siyahıdan tamamilə silinib. Kir adı qaranlıq və ya qara mənasını verən irlandca "dubh" sözündən gəlir. Bu adın da Şotlandiya kökləri var.

Nəşr vurğulayır ki, araşdırmanın nəticələri gənc valideynlər arasında baş nazirin populyarlığının az olduğunu göstərir.

Eyni zamanda, Starmerin bəzi siyasi rəqiblərinin adları valideynlər arasında məşhur olmaqda davam edir - bu müddət ərzində 16 uşağa Boris adı verilib.

Poliqon.info

 

Seçilən
36
poliqon.info

1Mənbələr