AZ

Trampın tarifləri “Apple”a 2 milyard dollara başa gələ bilər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Apple Insider portalının məlumatına görə, ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumlarının nəticələri texnologiya nəhəngi “Apple”a sentyabrın sonuna qədər təxminən 2 milyard dollara başa gələ bilər.

Banco.az xəbər verir ki, 2025-ci ilin yazında idxal tariflərinin tətbiqindən bəri şirkət artıq 800 milyon dollar itirib.

Sentyabrda cari maliyyə rübünün sonuna kimi “Apple” daha 1,1 milyard dollar zərərlə üzləşəcək.

Əvvəllər ABŞ bazarı üçün nəzərdə tutulan “Apple” qadcetlərinin böyük əksəriyyəti Çində istehsal olunurdu, lakin son vaxtlar texnologiya nəhəngi istehsalı şaxələndirmək və istehsal müəssisələrini Hindistana köçürmək üzərində işləyir. Ağ Evə qayıtdıqdan sonra Tramp dəfələrlə “Apple”ın ABŞ-da istehsalını lokallaşdırması lazım olduğu fikrini bildirib.

Məlumatlara görə, Trampın avqustun 1-dən bütün Hindistan məhsullarına 25 faizlik idxal rüsumu tətbiq etmək qərarı “Apple”ın Hindistanda iPhone istehsalını genişləndirmək və ABŞ bazarına elektronika ixracını artırmaq planlarına mane olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
5
banco.az

6Mənbələr