Hacıqabulda təcili yardım maşını qəzaya uğrayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) News24.az-a bildirilib ki, hadisə bu gün saat 6:30-da, Bakı-Qazax magistral yolunun 98-ci kilometrliyində qeydə alınıb.
"Rüstəm Sahib oğlu Rüstəmovun idarə etdiyi "KamAZ" markalı, 14-BD-565 dövlət nömrə nişanlı yük avtomobili ilə 90-JN-615 dövlət nömrə nişanlı təcili tibbi yardım avtomobili toqquşub. Hadisə zamanı təcili tibbi yardım avtomobilində sürücüdən əlavə iki nəfər də olub. Hələlik onların şəxsiyyətləri məlum deyil. Hər üç şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.
Faktla bağlı arşadırma aparılır.