AZ

Vahid Ələkbərovun nə qədər var-dövləti var?

Rusiyalı milyarderlərin ümumi sərvəti 2025-ci ilin əvvəlindən 20,163 milyard dollar artıb...

Poliqon xəbər verir ki, bu barədə RİA Novosti Bloomberg Milyarderlər İndeksinin (BBI) reytinqinə istinadən məlumat yayıb.

İndeks iş adamlarının pay sahibi olduğu şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır.

Ən çox qazanan Telegram messencerinin təsisçisi Pavel Durov olub - onun sərvəti 14,3 milyard dollara (+3,27 milyard dollar) qədər artıb. O, doqquzuncu yeri qoruyub.

Norilsk Nikel şirkətinin əsas sahiblərindən biri Vladimir Potanin birinci yerdə qalıb, onun sərvəti 30,4 milyard dollara (+2,56 milyard dollar) çatıb.

İkinci yerdə Lukoyl-un ortaq sahibi Vahid Ələkbərov (26,5 milyard dollar) qərarlaşıb.

İlk üçlüyü Severstal-ın əsas benefisiarı Aleksey Mordaşov (25,2 milyard dollar) tamamlayır.

Poliqon.info

Seçilən
18
poliqon.info

1Mənbələr