AZ

"Mançester Yunayted"in sabiq futbolçusu intihara cəhd edən gənci fikrindən daşındırdı

BAKI, 1 avqust. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Antonio Valensiya Ekvadorda intihara cəhd edən gəncin həyatını xilas edib.

Teleqraf xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında məlumat yayıb.

"Çox xoşagəlməz hadisə yaşadım. Bu körpüdə bir gənc intihar etmək istəyirdi. Maşından düşüb yanına getdim. Onu xilas etmək yox,onunla danışmağa çalışdım. Yaxşı ki, o, məni tanıdı. Gəncə ruhlandırıcı sözlər deməyə çalışırdım. Çox çətin idi. Daha sonra onun ailəsi gəldi və o, intihar etmək fikrindən daşındı.

Xahiş edirəm özümüzə, düşüncəmizə, ürəyimizə diqqət edək. Psixoloji sağlamlıq çox önəmlidir”, - Valensiya yazıb.

Qeyd edək ki, Antonio Valensiya 2009-2019-cu illərdə "Mançester Yunayted"in şərəfini qoruyub. O, Ekvador millisinin heyətində 99 matçda forma geyinib.

Seçilən
47
teleqraf.com

1Mənbələr