AZ

Rusiyalı milyarderlər sərvətlərini 20 milyard dollar artırıblar – “Bloomberg”


“Bloomberg” agentliyinin “Milyarderlər İndeksi”nə əsasən, 2025-ci ilin əvvəlindən bu günə qədər Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 20,163 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, siyahıda yer alan bir neçə tanınmış milyarderin sərvətində ciddi dəyişikliklər baş verib. Məsələn, “Telegram” platformasının həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3,27 milyard dollar gəlir əldə edərək ümumi sərvətini 14,3 milyard dollara çatdırıb.
Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest” şirkətinin səhmdarı Əlişir Usmanov isə 2025-ci ildə sərvətini 3,12 milyard dollar artıraraq 16,3 milyard dollara yüksəldib.
Bununla belə, bəzi iş adamları sərvət itkisinə məruz qalıb. Xüsusilə NLMK-nın (Novolipetsk Metallurgiya Kombinatı) İdarə Heyətinin sədri Vladimir Lisin 3,58 milyard dollar itirərək sərvətini 22,2 milyard dollara endirib.
Seçilən
19
yeniavaz.com

1Mənbələr