AZ

İctimai Birlik sədri: Azərbaycanın iqlim siyasətində Qarabağ və Şərqi Zəngəzur xüsusi yer tutur

Bakı, 1 avqust, Aytac Haqverdiyeva, AZƏRTAC

Azərbaycan siyasi və korporativ maraqlar çərçivəsində qızışdırılan iqlim skeptisizminin artmasının yaratdığı təhdidin fərqindədir. Cavab olaraq, ölkəmiz elmi-analitik bazanı gücləndirir. İqlim müşahidə məntəqələri, proqnoz mərkəzləri fəaliyyət göstərir, kənd təsərrüfatı, su ehtiyatları və şəhər planlaması üçün adaptasiya ssenariləri hazırlanır.

Bunu AZƏRTAC-a açıqlamasında “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova bildirib.

O deyib ki, bununla yanaşı, əhali və media vasitəsilə maarifləndirici iş aparılır:“Elmi məlumatlar sadə dillə çatdırılır, miflər ifşa olunur, fəaliyyətsizliyin iqtisadi nəticələri nümayiş etdirilir. Təhlükəsizlik, məşğulluq və ərzaq-su sabitliyi riskləri ön plana çəkilir. Azərbaycanlı mütəxəssislər və media nümayəndələri beynəlxalq aləmdə ideoloji təbliğata qarşı rasional baxışın səsi kimi çıxış edirlər”.

İşğaldan azad edilmiş ərazilərin bərpasının iqlimə davamlı inkişafın modeli olduğunu diqqətə çatdıran G. Axundova Azərbaycanın iqlim siyasətində Qarabağ və Şərqi Zəngəzurun xüsusi yer tutduğunu deyib: “Bu ərazilər iqlimə davamlı inkişafın pilot zonaları kimi nəzərdən keçirilir. Burada “yaşıl şəhərlər”, “ağıllı kəndlər” layihələri icra edilir, enerji səmərəli texnologiyalar tətbiq olunur, meşələr bərpa edilir və nadir növlər qorunur. Bu yanaşma gələcəkdə ölkənin bütövlükdə transformasiyası üçün model rolunu oynaya, Qarabağda sınaqdan keçirilən strategiyalar geniş miqyasda tətbiq oluna bilər”.

“Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri G. Axundovanın AZƏRTAC-a açıqlaması ilə daha ətraflı linkdə tanış ola bilərsiniz.

Seçilən
15
1
azertag.az

2Mənbələr