AZ

“Araz Naxçıvan”ın heyrətamiz incəlikləri…

style='margin-bottom:10px;'>

Yaydır, çöldə də 40 dərəcə isti var. Odur ki, həm də uzun-uzadı yazı oxumağa çoxlarının həvəsi yoxdur deyə, birbaşa mətləbə keçirəm.

“Araz Naxçıvan”la bağlı bir-iki heyrətamiz incəliyə.

Görün hansı hansı şəraitsizlik və  məhdud maddi imkanlarla bu komanda Avropada uğurlu debüt etdi.

Bir: Az büdcə ilə (6-7 milyon manat arası) özündən 4-5 dəfə artıq büdcəyə malik klubları qabaqlayaraq Azərbaycan Premyer Liqasında 3-cü yer tutmaq və UEFA Konfrans Liqasına vəsiqə qazanmaq!

İki. Özünün məşq meydançasının olmaması (səhv oxumadınız!). Bakıda, bəzən də Sumqayıtda məşq etməsi.

Üç. Özünə məxsus avtobusun olmaması

Dörd. Klub işçilərinin sayının azlığı (7-8 nəfər). 10 nəfərin işini 1 nəfərin görməsi! 

Beş. Komandanın hələ də yerli çempionatda ev oyunlarını doğma Naxçıvanda yox, Bakıda Mərdəkan çimərliyinə bitişik stadionda keçirməsi. Bəlkə heç olmada bu uğur stimul ola, səlahiyyətli şəxslər Naxçıvana stadionuna tez əl gəzdirələr ki, komanda artıq doğma yurda qayıda. 

Altı. Aşağı maaş və sair və ilaxır.

Və bu şəraitsiz komanda büdcəsi 50 milyon avronu aşan Yunanıstan liqasının təmsilçisi “Aris”i Avropa kuboklarından kənarlaşdırır! Yunan mediası şokdadlr, bunu özləri üçün biabırçı məğlubiyyət adlandırır. Əlbəttə, yunanlar nə düşünür, nə fikirləşir, özlərinə qalsın.

Biz haqqı olanın haqqını verək. 

Bütün “Araz Naxçıvan” heyətinin - inzibati, texniki, futbolçu, məşqçi…

Və Elmar Baxşıyevin. 

44 yaşlı bu fədakar azərbaycanlı oğlunun. 

Bir ilə qorxmaz, mübariz komanda quran bacarıqlı baş məşqçimizin.

Bəli, Elmar Baxşıyev özümüzünküdür.

Özümüzünkü isə o deməkdir ki, bizim də yaxşı mütəxəssislərimiz var. Və onlara inanıb dəstək olanda Avropa belə nəticə verə bilirlər.

Yəni indi udan azərbaycanlıdır.

Uduzan xarici…

Aydın Bağırov

Seçilən
13
teleqraf.com

1Mənbələr