AZ

Tramp Qazaxıstan mallarına 25% rüsum tətbiq edib

ABŞ prezidenti Donald Tramp 60-dan çox ölkədən gələn mallara 15-41 faiz rüsum tətbiq edən sərəncam imzalayıb .

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat verib. 

Bildirilib ki,  fərman iyulun 31-də imzalanıb və avqustun 7-dən qüvvəyə minəcək.

Qazaxıstan məhsulları üçün 25 faiz idxal rüsumu müəyyən edilib . Ən yüksək tariflər Suriya (41 faiz), Laos və Myanma (40 faiz), eləcə də İsveçrə (39 faiz) məhsullarına tətbiq edilib.

Avropa İttifaqı , Yaponiya və Cənubi Koreyaya əlavə 15 faiz rüsum tətbiq olunacaq . Siyahıda olmayan ölkələr üçün vahid 10 faizlik tarif tətbiq olunacaq.


Şəfa Hüseynli

 

 

 

 

Seçilən
1
operativmedia.az

1Mənbələr