AZ

Tramp Türkiyə ilə bağlı qərarı TƏSDİQLƏDİ

Xəbər vediyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, bir çox ölkəyə qarşı əlavə gömrük rüsumlarını nəzərdə tutan qərarı təsdiqləyib. 

Bu ölkələrin arasında Türkiyə də var. Nəşr olunan cədvəldə Türkiyəyə 15 faiz əlavə gömrük rüsumu tətbiq olunacağı qeyd edilib. 

"Cebheinfo.az" xəbər verir ki, yayımlanan fərmanın 7 gün sonra qüvvəyə minəcəyi bildirilir. Bu rüsumların Türkiyədən ABŞ-yə gedən bütün məhsullara tətbiq olunacağı açıqlanıb. İmzalanmış qərarda ölkələrə tətbiq olunacaq vergi faizlərinin 10 faiz ilə 41 faiz arasında dəyişdiyi qeyd olunub. 

Xatırladaq ki, Suriya ən yüksək vergi tətbiq ediləcək ölkələrin başında gəlir. Siyahıya əsasən, İngiltərəyə 10 faiz, İsveçrəyə 39 faiz, Hindistana 25 faiz, İsrail və Yaponiyaya 15 faiz, Suriyaya 41 faiz, Cənubi Afrikaya isə 30 faiz əlavə gömrük rüsumu tətbiq olunacaq. 

Seçilən
4
cebheinfo.az

1Mənbələr