Sea Breeze

Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat edib.

Bununla bağlı Mədəniyyət Nazirliyi nekroloq yayıb.

“Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Görkəmli xanəndə, Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, Dövlət Mükafatı laureatı, professor,muğam sənətinin tanınmış ustadı Arif İmran oğlu Babayev ömrünün 87-ci ilində vəfat edib.

Arif Babayev 1938-ci il mayın 16-da Ağdam rayonunun Sarıhacılı kəndində anadan olmuşdur. Uşaq yaşlarından musiqiyə böyük maraq göstərmiş, klassik muğam məktəbinin ənənələrini dərindən mənimsəmişdir. Onun istedadı gənc yaşlarından tanınmış və o, Azərbaycanın muğam sənətində özünəməxsus ifa tərzi ilə seçilməyə başlayıb.

1953–1957-ci illərdə Bakı Musiqi Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Arif Babayev sənət fəaliyyətinə 1963-cü ildə Azərbaycan Televiziya və Radiosunun solisti kimi başlamış və qısa müddət ərzində böyük populyarlıq qazanmışdır.

ETX
ETX
ETX