AZ

Mərkəzi Bank Biləsuvarda vətəndaşların səyyar qəbulunu keçirəcək

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaş qəbullarının keçirilməsi mühüm yer tutur.

AMB-dan AZƏRTAC-a bildirilib ki, növbəti səyyar qəbul avqustun 6-da Biləsuvar şəhərində keçiriləcək. Qəbul Cəbrayıl, Kəlbəcər, Qubadlı, Zəngilan, Laçın inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.

Qəbul zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.

Qeyd edək ki, qəbula dair müraciətləri Mərkəzi Bankın 966 Qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Seçilən
21
1
azertag.az

2Mənbələr