AZ

İran vətəndaşı sərhədi pozdu, külli miqdarda balıq ovladı

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Araz çayının Azərbaycana aid hissəsinə qanunsuz keçərək külli miqdarda balıq ovlayan İran vətəndaşı həbs edilib.

Oxu.Az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü, İranın Poldəşt şəhərinin Şəhrəki Araz kənd sakini, balıqçı Mehdi Sadiqpur uzun müddət Araz çayının Naxçıvana aid hissəsində tor quraraq oradan külli miqdarda balıq əldə edib qaçaqmal yolu ilə İrana keçirməkdə təqsirləndirilir.

Dövlət Sərhəd Xidmətinin bəzi əməkdaşlarını aldadan İran vətəndaşı Araz çayı üzərindəki sərhəd nişanlarını dəyişməklə, uzun müddət həmin ərazidən balıq ovlayıb. O, bu yolla Araz çayına külli miqdarda ziyan vurub, hər dəfə 500-800 manatlıq balığı qanunsuz ovlayıb.

Keçirilən əməliyyat zamanı məlum olub ki, M.Sadiqpur hər dəfə Araz çayında dövlət sərhədini 300 metr pozaraq Azərbaycan ərazisinə keçib, orada balıqları ovlamaq üçün torlar döşəyib.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları faktı aşkarlayıblar və İran vətəndaşı saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və Mehdi Sadiqpur barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı başa çatıb və iş Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Sadiqpur 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Samir Əli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
oxu.az

1Mənbələr