AZ

XİN: Qərb terrorizmi dəstəklədiyinə görə məsuliyyətə cəlb edilməlidir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb ölkələri terrorçu və ekstremist qruplara dəstək üçün beynəlxalq hüquqi məsuliyyət daşımalıdır.

Bizimyol.info xəbər verir ki, İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi ABŞ və bir sıra Qərb ölkələrinin İranı guya öz ərazilərində təxribat və terror fəaliyyətini gücləndirməkdə ittiham edən son birgə bəyanatını belə şərh edib.

"Anti-İran bəyanatını imzalayan ABŞ, Fransa və digər ölkələr beynəlxalq hüququn müddəalarını pozduqlarına və terrorçulara, həmçinin ekstremistlərə kömək göstərməkdə, habelə onlara öz ərazilərində sığınmaqla ifadə olunan terrorizmi dəstəklədiklərinə görə məsuliyyət daşımalıdırlar", - deyə nazirliyin rəsmi Telegram kanalı Bəqayinin sözlərindən sitat gətirərək məlumat verib.

Diplomat əlavə edib ki, Qərb ölkələri Tehrana qarşı "əsassız və absurd" ittihamlar səsləndirməklə dünya ictimaiyyətinin diqqətini öz cinayətlərindən yayındırmağa çalışırlar.

İyulun 31-də Avstriya, Albaniya, Belçika, Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, Kanada, Hollandiya, ABŞ, Finlandiya, Fransa, Çexiya və İsveçin xarici işlər nazirlikləri birgə bəyanat yayaraq, İran kəşfiyyatını onların ərazilərində “təhdidlərin artmasında” günahlandırıb və bu cür hərəkətləri təxribat adlandırıblar.

Sənəddə İran kəşfiyyatı tərəfindən Avropa və Şimali Amerikada insanların öldürülməsinə cəhd, adam oğurluğu, işgəncə və təqib iddiaları yer alır, bununla belə İslam Respublikasının kəşfiyyat xidmətlərinin qanunsuz hərəkətlərinə dair konkret nümunələr göstərilmir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
bizimyol.info

1Mənbələr