AZ

Yatmazdan altı saat əvvəl İÇİN

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yatmazdan altı saatdan az bir müddət əvvəl içilən qəhvə yuxuya getməyə mane ola bilər. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə dietoloqlar xəbərdarlıq ediblər.

Kofein mərkəzi sinir sisteminin stimulyatorudur. O, zehni və fiziki performansı artırır, yorğunluq hissini azaldır. Bununla belə, bu maddə yuxuya getməkdə çətinlik yaradan melatonin - yuxu hormonunun istehsalını da bloklayır.

Mütəxəssisin fikrincə, kofeinin orqanizmdə ömrü dörd saatdan altı saata qədərdir. Qanda maddənin səviyyəsinin yarıya enməsi üçün bu qədər vaxt lazımdır.

Həkimlər qeyd edirlər ki, kofeinə reaksiya əsasən orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. İçkiyə həssaslıq genetika, yaş, sirkadiyalı ritmlər, həmçinin dərman vasitəsi ilə təsirlənir. Buna görə də, "altı saat qaydası" hər kəs üçün universal deyil. Bu, təxmini tövsiyədir.

Xəzər

“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
cebheinfo.az

2Mənbələr