Hatayın Kırıkhan rayonunda baş verən zəlzələdə ciddi ziyan görən minarənin dağıdılması anı kameralara düşüb.
Moderator.az xəbər verir ki, ən çox dağıntıya məruz qalan vilayət Hatayda minlərlə bina bərbad vəziyyətə düşüb. Əsrin fəlakəti sayılan zəlzələdə bir çox tarixi tikililərlə yanaşı məscidlərə də ciddi ziyan dəyib.
Məscid minarəsinin dağıdılması anı kameralara düşüb.