AZ

Kamçatkada yenə güclü ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

İlkin məlumata görə, Petropavlovsk-Kamçatski sakinləri 4 bal gücündə zəlzələ hiss ediblər.
 

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 89 kilometr aralıda qeydə alınıb.


Zəlzələnin yeraltı ocağı 26,2 kilometr dərinlikdə olub.

Xatırladaq ki, iyulun 30-da səhər Kamçatkada 8,7 bal gücündə zəlzələ baş verib.

Bizim.Media

Seçilən
74
50
bizim.media

10Mənbələr