AZ

Bakıdan qayıtdıqdan sonra etiraf etdi: “Xəstəyəm”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Bu yaxında Bakıda kosert verən Castin Timberleyk pərəstişkarları ilə gözlənilməz və narahatedici xəbər paylaşıb. 

O, Lyme xəstəliyindən əziyyət çəkir.

“Cebheinfo.az” xəbər verir ki, müğənni instaqram səhifəsində paylaşımında bildirib ki, bu diaqnoz onu şoka salıb: 

"Bununla yaşamaq həm fiziki, həm də əqli cəhətdən dözülməz ola bilər. Nəhayət, niyə səhnədə cəhənnəm ağrıları, vəhşi yorğunluq hiss etdiyimi və ya heç bir səbəb olmadan qəfildən xəstələndiyimi başa düşdüm".

Sənətçi qastrol səfərlərini dayandırmaq barədə ciddi düşündüyünü etiraf edib. Xatırladaq ki, Timberleyk bundan əvvəl bronxit, laringit və bel ağrılarına görə konsertlərini təxirə salmışdı. İndi aydın oldu ki, bir çox simptomların arxasında bir səbəb var - Lyme xəstəliyi.

"Davam etməyi seçdim. Səhnənin mənə gətirdiyi sevinc ağrıdan daha güclü idi. Peşman deyiləm", - o əlavə edib.

Bundan əlavə, Castin bu xəstəliklə qarşılaşan başqalarına kömək etmək və ona daha çox diqqət çəkmək istəyini bildirib.

Lyme xəstəliyi nədir?

Bu, səpgi, qızdırma, baş ağrıları, oynaq-əzələ ağrıları və xroniki yorğunluğa səbəb ola bilən gənə infeksiyasıdır. 

Xəzər

“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
1
cebheinfo.az

2Mənbələr