AZ

“Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ layihəsi regionlarda həyata keçirilir - FOTOLAR

Azərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi uzun illərdir uğurlu layihələr icra edir. Ötən il təşkilatın icra etdiyi layihə vasitəlsi ilə onlarla əlilliyi olan vətəndaşımızın problemi həllini tapıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunacaq layihə “Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ adlanır.

QHT.az xəbər verir ki, layihə rəhbəri Xədicə Mikayılova qeyd edib ki, layhənin əsas məqsədi əlilliyi olan şəxslərin sosial durumlarının, hüquqlarının qavranılması səviyyəsinin yüksəldilməsi, bunun üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi , onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarını artırmaqdır.

Layihə  Respublikanın  Bərdə, Ağdam, Tərtər, Yardımlı rayonlarında keçirilməyi planlaşdırılır. Statistik məlumatlara əsasən bu rayonlarda da əlilliyi olan şəxslər çoxdur.

Layihənin icra müddəti 3 ay olaraq nəzərdə tutulub ( 01.08.2025 - 31.10.2025).

Layihənin benefisialar qrupu regionlardakı əlilli olan, işləmək qabiliyyəti olmayan insanlardır. Əsasən özü əlil, ailəsində işsiz, çoxuşaqlı ailələri bu qruplara aid edib onları maarifləndiriləcək

Layihəmizdə benifisiarları həm də hər yaş qrupundan müəyyən ediləcək:

  • Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər və onların ailə üzvləri:
  • Doğuşdan sağlamlıq imkanları məhdud olan şəxslər:
  • Peşə fəaliyyəti zamanı əlil olan şəxslər.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı iləAzərbaycan Əlillər Cəmiyyəti İctimai Birliyi tərəfindən icra olunacaq layihə Əlilliyi olan şəxslərin sosial müdafiəsinə dəstək“ adlanır. Layihə rəhbəri Xədicə Mikayılovadır. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin sosial durumlarının, hüquqlarının öyrədilməsi  səviyyəsinin yüksəldilməsi, bunun üçün maarifləndirici fəaliyyətlərin həyata keçirilməsi , onların sosial müdafiə və iqtisadi təşviq mexanizmlərinə çıxış imkanlarını artırmaqdır.

Seçilən
19
3
qht.az

5Mənbələr