AZ

Tbilisinin meri kim olacaq?

Kaxa Kaladze “Gürcü Arzusu”ndan Tbilisi meri postuna rəsmən namizəd olub.

Publika.az xəbər verir ki, onun namizədliyinin irəli sürülməsi ilə bağlı tədbir paytaxtın Mtatsminda parkında keçirilib. Orada hakim partiyanın üzvləri və onun təsisçisi və fəxri sədri Bidzina İvanişvili iştirak edib. Kaladzenin namizədliyini Gürcüstanın baş naziri İrakli Kobaxidze təqdim edib.

"Bu gün biz Tbilisi meri postuna yaxşı siyasətçi, yaxşı menecer və ya yaxşı vətənpərvər namizəd irəli sürə bilərdik, lakin biz Tbilisi meri postuna namizəd kimi əsl çempionu təqdim edirik. Sözün hərfi və məcazi mənasında çempiondur. Namizədimiz Gürcüstana ən yüksək səviyyəli qələbələr qazandıran şəxsdir. Namizədimiz çempiondur, siyasətçidir, vətənpərvərdir, nümunəvi dost və silahdaşdır”, - İrakli Kobaxidze deyib.

Kaladze üçüncü müddətə seçiləcəyi təqdirdə proqramını qurmağı planlaşdırdığı iki əsas prinsipi açıqlayıb: “Tbilisi məsuliyyət şəhəridir, Tbilisi imkanlar şəhəridir”.

Seçilən
3
publika.az

1Mənbələr