AZ

Cənubi Koreya və ABŞ KXDR-i tərksilah etmək qərarına gəlib

Cənubi Koreya ABŞ ilə birlikdə KXDR-i nüvə silahından tamamilə məhrum etməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İyulun 31-də Cənubi Koreyanın xarici işlər naziri Ço Hen ilə ABŞ-ın dövlət katibi Marko Rubio arasında görüş baş tutub. Danışıqlar zamanı tərəflər ikitərəfli alyans, Yaponiya ilə üçtərəfli əməkdaşlıq, eləcə də regional vəziyyətlə bağlı məsələləri müzakirə ediblər.

Qeyd olunur ki, Seul və Vaşinqton həmçinin, birgə müdafiə qabiliyyətini də dəstəkləyəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
21
herbiand.az

1Mənbələr