AZ

Qız kimi oğlanların sayı buna görə artır - Sosioloqdan ŞOK açıqlama

“Bu gündən “Ana Südü Həftəsi” başlayır. Ana südü elə bir möcüzəvi nemətdir ki, saatlarla danışılsa, yenə faydasını anlatmağa vaxt yetməz. İnsan ömrünün heç bir dövründə heç bir qida tək qida mənbəyi ola bilməz, ana südündən başqa”.

Turkustan.az xəbər verir ki, bu barədə sosioloq Lalə Mehralı bildirib.

MEHRA.jpg

Onun sözlərinə görə, ana südü körpənin inkişafına görə özü-özünü tənzimləyir, yəni süd şüurlu şəkildə tərkibini dəyişə bilir:

“Gündüz və gecə ana südü öz tərkibini dəyişdirir, gecələr körpənin daha rahat həzm edə bilməsi üçün daha yüngül tərkibdə süd ifraz edilir, gündüzlər isə daha zəngin olur. Ana südünün yağlılığı və zənginliyi ən çox səhərlər yüksək olur. Bu gün elm nə deyir? Səhərlər qüvvətli yeyin. Yarımçıq doğulan körpələrin anasının südü vaxtında doğulan körpələrin anasının südündən 20 faiz daha qüvvətli olur.

Möcüzəyə baxın, körpənin normadan zəif olduğunu ana orqanizmi anlayır və daha qüvvətli süd istehsal edir. Ana südünün tərkibi hər həftə dəyişir, körpənin böyüdükcə hər həftə fərqli mineral və vitaminə ehtiyacı olur çünki”.

Sosioloq deyib ki, ana südü cinsiyyətə hesablanır:

“Kişilik və qadınlıq hormonlarını ana südü vasitəsi ilə alırıq, xarakterimiz beləcə formalaşır. Düşünün, axır illər qız kimi oğlanların sayı niyə artır?! Qızlarınızı ana olmağa körpə yaşlardan hazırlayın. Sağlam qidalandırın, GMO yeməsinə, “fast-food” qidalanmasına imkan verməyin. Çünki o, gələcəyin anası, genefondun sağlamlığının təminatçısıdır. Südü az olan, heç olmadığını düşünən anaların südünü əmzirmə mütəxəssisləri masajla, təkanverici qidalarla artırırlar. Bütün qadınların orqanizmi süd istehsal edə biləcək formada yaradılıb, bəzən südü olmayan qadınların süd vəzisini masaj edərək süd istehsalına kömək edirlər.

İndi anlayın, bunu edən əmzirmə mütəxəssislərini doğum evlərinə niyə buraxmırlar? Düz bildiniz, anaları ana südü ilə əmzirməyə təşviq etdikləri üçün.

İnsanın ən vacib və təməl qidası ana südü üzərində həyasızcasına alver quran, yenidoğulmuşları ana südünə həsrət qoyub smes bazarını çiçəkləndirən, “südündə mikrob var” deyib qadının həyatının ən həssas dönəmini kabusa çevirən “həkimlər”, süni qidalara görə firmadan aldığınız pulları Onkoloji Mərkəzdə xərcləyin”. /Musavat.com/

Seçilən
24
2
turkustan.az

3Mənbələr