AZ

ABŞ Ukrayna üçün bu raketləri istehsal edəcək

ABŞ Ukrayna və müttəfiqləri üçün 3,5 milyard dollar dəyərində AMRAAM raketləri istehsal edəcək.

Axar.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib.

Məlumata görə, ABŞ Müdafiə Nazirliyi “Raytheon Technologies” şirkəti ilə qabaqcıl orta mənzilli “hava-hava” tipli raketlərin istehsalı, həmçinin telemetriya sistemləri, ehtiyat hissələri və texniki dəstək üçün müqavilə imzalayıb.

Raketləri Ukrayna, Litva, İsrail, Polşa, Finlandiya, Almaniya, Yaponiya və digər ölkələr alınacaq. Tədarüklərin 2031-ci ilin üçüncü rübündə başa çatdırılması planlaşdırılır.

Seçilən
63
2
axar.az

4Mənbələr