Sosial şəbəklərdə maraqlı tarixi foto yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, 1964-cü i 14 mayda Lənkəran Mədəniyyət Sarayında Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasının 150 illiyi münasibətilə keçiləcək tədbirin dəvətnaməsini araşdırmaçı-jurnalist Dilqəm Əhməd yayıb.
Mənsimov soyadlı şəxsin dəvət olunduğu tədbir Rayon Zəhmətkeş Deputatları Soveti tərəfndən təşkil edilən yubiley sessiyası olub.
Xatırladaq ki,1964-cü ilin yazında Azərbaycanın Rusiyanın tərkibinə "daxil olması"nın 150 illiyi "bayram" edildi, bu, geniş ictimai-siyasi kampaniyaya çevrildi. Azərbaycan tarixçilərindən bu "bayramın" keçirilməsinə zidd çıxanlar da oldu. 1969-cu ilin martında Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin elmi şurasında çıxış edən tarixçi alimlər Z.M.Bünyadov, M.Ə.İsmayılov və S.S. Əliyarov qeyd etdilər ki, Azərbaycan XIX əsrin əvvəllərində Rusiyaya birləşməyib, onu çar Rusiyası işğal edib. Bu çıxışa görə onlar müəyyən müddət təqiblərə məruz qaldılar.