AZ

"İnsan Alverinə qarşı mübarizədə yeni çağırışlar" adlı layihə çərçivəsində son tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Könül Evi" aztəminatlı ailələrə yardım ictimai birliyinin, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin və Xaçmaz rayon Gənclərin Karyera və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul 2025-ci il tarixdə 25 gəncin iştirakı ilə "İnsan Alverinə qarşı mübarizədə yeni çağırışlar" adlı layihə çərçivəsində növbəti və son tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbiri layihə haqqında məlumat verərək təşkilatın sədri Rüxsarə Axumdova açdı və mövzu haqqında geniş məlumat verdi. Daha sonra tədbirdə iştirak edən Heydər Əliyev Mərkəzinin direktor müavini Nərmin Qurbanzadə mövzu ilə bağlı iştirakçılara öz tövsiyyələrini verdi, GKİM-in rəhbəri Ceyhun Fərzəliyev mövzunun müasir dünyada,rəqəmsal dövrdə əhəmiyyətli olduğunu bildirdi. Daha sonra Xaçmaz rayon Polis Şöbəsinin kapitanı Natiq Qurbanov insan alveri haqqında və təhlükələrlə bağlı məlumatları çatdıraraq, təhlükə hiss etdikdə 152 qaynar xəttə zəng etməyi iştirakçılara tövsiyyə etdi.

Tədbirdə QHT Agentliyinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş,insan alverinə qarşı mübarizə istiqamətində çəkilmiş "Bir addım,bir həyat"filmi iştirakçılara nümayiş etdirildi.Filmi izlədikdən sonra iştirakçılarla müzakirələr aparıldı,suallar cavablandırıldı.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilərək, xatirə fotosu çəkildi.

Seçilən
32
2
qht.az

3Mənbələr