AZ

Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - FOTO

Bu gün səhər saatlarında Hacıqabulda baş vermiş ağır qəzada həyatını itirən şəxs polis əməkdaşı imiş.

Azreform.info qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistralında yük avtomobili ilə toqquşan və daha sonra metal arakəsməyə çırpılan "Mercedes" markalı təcili tibbi yardım maşınında ölən şəxs polis baş serjantı Rəsul Qurbanlı olub.

Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı olan R. Qurbanlı operativ nəqliyyat vasitəsi ilə Füzulidən Bakıya, xüsusi təyinatlı tibb müəssisəsinə gətirilən xəstəni müşayiət edirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
44
28
azreform.info

10Mənbələr