AZ

Lukaşenko Putinlə görüşə gəldi

Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqa işgüzar səfərə  gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinə yaxın olan "Pool of the First" Telegram kanalı məlumat yayıb.

Bundan əvvəl Lukaşenkonun avqustun 1-də Rusiya Prezidenti Vladimir Putinlə görüşünün planlaşdırıldığı bildirilmişdi.

İki ölkə liderləri qeyri-rəsmi şəraitdə ikitərəfli münasibətlərin inkişafı, birlik layihələri, beynəlxalq gündəm, regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etmək niyyətindədirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
olaylar.az

1Mənbələr