Tibbi cihaz istehsalçısı Resmed, iyun rübü üçün gözləntiləri üstələyən mənfəət açıqladıqdan sonra Avstraliya birjasında səhmləri 3% artaraq 43,30 Avstraliya dolları ilə rekord səviyyəyə çatıb.
News24.az Investing-ə istinadən xəbər verir ki, ASX 200 indeksi ümumilikdə 0,8% azalarkən, Resmed səhm üzrə 2,55 dollar qazanc və 1,35 milyard dollar gəlir göstərərək analitik proqnozları üstələdi. Şirkət, hər səhm üçün 0,60 dollar məbləğində rüblük divident də elan edib.
Resmed yuxu apnesi xəstəliyinin müalicəsi üçün CPAP cihazları istehsal edir. Stifel analitikləri şirkətin yüksək nağd pul səviyyəsinə diqqət çəkərək onu tibbi texnologiya sahəsində aparıcı kimi qiymətləndiriblər.
Bununla belə, analitiklər GLP-1 tipli arıqlama dərmanlarının artan istifadəsinin gələcəkdə Resmed-in məhsullarına olan tələbi azalda biləcəyini də vurğulayıblar.
Xeyrənsə Piriyeva