"Başakşehir" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın "Çerno More" komandasını 4-0 hesabı ilə məğlub edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Başakşehir"in baş məşqçisi Çağdaş Atan oyunla bağlı jurnalistlərə açıqlama verib:
"İlk hissədə çox yaxşı oynadıq. Sadəcə ikinci hissədə oynamağı dayandırdıq. Daha məhsuldar ola bilərdik. Mükəmmələ yaxın oynadıq. Qarşılaşmaları daha yüksək tempdə başa vura bilsək, bu, bizim üçün əla vəziyyət olardı. Bu oyunda qeyri-ciddiliyə yer yoxdur. Bu, keçməli olduğumuz bir mərhələ idi."
Fərid
MİA.AZ