Kanadanın Ontario əyalətinin başçısı Duq Ford federal hökuməti ABŞ-dan idxal olunan polad və alüminiuma 50 faiz rüsum tətbiq etməyə çağırıb.
Doğru.az xəbər verir ki, bu barədə Duq Ford X sosial şəbəkəsində paylaşım edib. “Biz işçiləri, biznesləri və icmalarımızı ABŞ-ın yeni tariflərinin təsirindən qorumaq üçün əlimizdən gələni etməliyik. Federal hökumət cavab olaraq ABŞ polad və alüminiumuna 50 faiz tarif tətbiq etməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın 60-dan çox ölkədən idxal olunan mallara 15-41 faiz arasında dəyişən yeni ticarət tarifləri avqustun 7-dən qüvvəyə minəcək.
DOĞRU.AZ