Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian sabah Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində o, Pakistanın Baş naziri Şahbaz Şərif və Prezidenti Asif Əli Zərdari ilə görüşəcək.
Bu barədə Pakistan XİN məlumat verib.
Pezeşkianı müşayiət edəcək nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi və digər rəsmi şəxslər daxil edilib.
Səfərin 2 və 3 avqust tarixlərində davam edəcəyi nəzərdə tutulub.
Hürr Tərcüman