İlin əvvəlində qiymətləri 20-25% artırdıqdan sonra türk otelləri rusiyalı turistlərin tələbinin azalması səbəbindən indi əksini etməyə doğru gedir.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidmətindən bildirilib.
"İlin əvvəlində, bizim hesablamalarımıza görə, türkiyəli otelçilər qiymətləri 20-25% artırıblar, indi isə növbəti ay üçün onları ötən ilki rəqəmlərə endiriblər", - məlumatda deyilir.
Bildirilir ki, Türkiyə sabit tələbata malikdir, lakin turistlər yerli kurortların qiymət siyasətinə çox həssasdırlar.
"Türkiyəli otelçilər qiymətləri qaldırdıqdan sonra turistlərimizin bu istiqamətdə azalması və başqa ölkələrə yönləndirilməsinin şahidi olduq. Türkiyə otelləri səhvi anladılar və müxtəlif endirimlər etməyə başladılar. Avqust üçün tələbat yaxşıdır", - ittifaqdan bildirilib.