AZ

ŞAD XƏBƏR: Zəngəzur dəhlizi bu tarixdə açılır – Mehridən keçən yol ..

Google Maps-də Mehridən keçən yolun xəritəyə əlavə olunması və bu yolun Zəngəzur dəhlizinin marşrutu ilə üst-üstə düşməsi siyasi dairələrdə müxtəlif reaksiyalara səbəb olub. Maraqlıdır, bu hansı siyasi mesajı verə bilər?

Mövzunu KONKRET.az üçün şərh edən siyasi şərhçi Cavanşir Abbaslının sözlərinə görə, bu hadisə təsadüfi deyil və beynəlxalq ictimaiyyəti Zəngəzur dəhlizinin açılmasına indidən hazırlamaq məqsədi daşıyır:

Putinin

“Artıq dünyanı Zəngəzur dəhlizinin açılmasına öyrəşdirmək istiqamətində addımlar atılır. Bəzi ölkələr, xüsusilə də İran bu dəhlizin açılmasına qarşı çıxırdı. Lakin indi bu ölkələr də reallıqlarla barışmağa çağırılır. İranın son vaxtlar verdiyi mesajlar əvvəlki qətiyyətli mövqelə müqayisədə daha yumşaqdır.

Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan qüvvələr olsa da, artıq bu məsələ ilə barışmaq məcburiyyətində qalırlar. İran da daxil olmaqla ‘3+3’ formatında yer alan ölkələrin iştirakı ilə bu dəhliz açılacaq.”

C.Abbaslı qeyd edib ki, ABŞ-ın da məsələdə fəallaşması diqqətçəkicidir:

“Azərbaycanın 99 il müddətinə müəyyən sahələri ABŞ şirkətlərinin nəzarətinə verməsi məsələsində nikbinlik olsa da, bu, həmin şirkətlərin dəhlizə tam nəzarət edəcəyi anlamına gəlməyəcək. Çünki Rusiya, İran və hətta Türkiyə belə bu ssenarini qəbul etmir.”

Ekspertin fikrincə, Zəngəzur dəhlizinin reallaşması artıq zaman məsələsidir və bu, regionun gələcək siyasi-iqtisadi mənzərəsini dəyişə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
4
1
konkret.az

2Mənbələr