AZ

Rüfət Abdullazadə Xorvatiya klubuna keçmək üçün Səbail ə 60 min manat ödəyib

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Karyerasını Xorvatiyada davam etdirmək istəyən Rüfət Abdullazadə "Səbail"lə yolları ayırmaq üçün kluba müəyyən məbləğ ödəməli olub.

Oxu.Az Fanat.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu "Varajdin" klubunda forma geyinəcək. Xorvatiya təmsilçisi Rüfətlə üçillik müqavilə imzalayıb.

Belə ki, "Ərzurumspor"un Rüfətlə bağlı təklifini geri çevirən "Səbail" bu transferdən 60 min manat qazanıb. Məsələ burasındadır ki, həmin məbləği Xorvatiya tərəfi yox, futbolçu özü klub rəhbərliyinə verərək "Varajdin"ə azad agent kimi yollanıb.

Qeyd edək ki, Abdullazadə "Sumqayıt" yetirməsidir. O, 2023-cü ildə "Səbail"ə keçib və anlaşması gələn yay başa çatacaqdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr