AZ

Xalq artisti Arif Babayevlə vida mərasimi keçirilir

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 1-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayevlə vida mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, vida mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edirlər.

Mərhumun cənazəsi Beynəlxalq Muğam Mərkəzinin matəmsayağı bəzədilmiş səhnəsində postament üzərinə qoyulub. Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklillər düzülüb.

 

Seçilən
29
1
azertag.az

2Mənbələr