Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.
Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, xanəndə bu gün səhər saatlarında 87 yaşında vəfat edib.
Lamiyə Məmmədova
Fotolar: Pərvin Zeynal

























