AZ

Almaniya Ukraynaya daha iki Patriot sistemi verəcək, əvəzində isə…

Almaniya Ukraynaya iki uzunmənzilli “Patriot” zenit-raket kompleksi tədarük edəcək.

Herbiand.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Məlumata görə, bu, Almaniyanın ABŞ-dan ən yeni sistemlərin alınacağı barədə razılığa gəlinməsindən sonra mümkün olub. Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ-ın öhdəlikləri sayəsində Almaniya Ukraynanı əvvəlcə buraxılış qurğuları, sonra isə Patriot sisteminin əlavə komponentləri ilə dəstəkləyə bilər.

Nəşrin məlumatına görə, yaxın günlərdə Bundesver Ukraynaya əlavə Patriot buraxılış sistemlərini, iki-üç aydan sonra isə sistemin əlavə komponentlərini çatdıracaq. Bunun müqabilində Berlin ABŞ-dan yeni Patriot sistemləri alacaq və bunun üçün maliyyə ayırır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
8
herbiand.az

1Mənbələr