AZ

Afrika ölkəsi Trampın rüsumları fonunda fövqəladə vəziyyət elan etdi

Cənubi Afrika ölkəsi olan Lesoto hökuməti ABŞ-nin məhsullarına 50% rüsum tətbiq etməsinin təhlükəsi fonunda fövqəladə vəziyyət elan edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” xəbər dərc edib.

Bu addım təzyiqə məruz qalan iqtisadiyyatı dəstəkləmək üçün resursları səfərbər etmək məqsədi daşıyır. Mənbənin sözlərinə görə, ölkə işsizlikdən əziyyət çəkir.

Lesoto Ticarət Naziri Moheti Şelile açıqlamasında qeyd edib ki, bu cür tədbirlər hökumətə vəsaitləri gənclərin işsizliyi ilə mübarizə və iqtisadiyyatı stimullaşdırmaq üçün proqramlara sürətlə yönəltməyə imkan verəcək.

Birləşmiş Ştatlar əsas ticarət tərəfdaşıdır və xarici satışların, o cümlədən “Levi's” və “Reebo”k kimi tanınmış brendlər, həmçinin “Walmart” kimi böyük şəbəkələr üçün məhsulların demək olar ki, 20%-ni alır. Tarif təhlükəsi artıq sifarişlərin kəskin azalmasına, istehsal xətlərinin dayandırılmasına və sektorda kütləvi ixtisarlara səbəb olub.

Şelile həmçinin bildirib ki, ABŞ prezidenti Donald Trampın ailəsinin nüfuzlu üzvləri ilə əlaqəsi olduğu iddia edilən Amerika lobbi qrupu tariflərin ləğvi kampaniyası üçün 1,5 milyon dollar istəyib. Bununla belə, nazir lobbiçilərin adlarını açıqlamayıb. Onun sözlərinə görə, Lesoto hakimiyyəti bu təklifi rədd edib.

QAZİLER.AZ

Seçilən
2
qaziler.az

1Mənbələr