Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılan direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib.
Bu barədə TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, Gülsəba Abbasova ötən il sözügedən məktəbdə keçirilən “Son zəng” tədbirində kriminal xarakterli musiqinin ifa edilməsi səbəbindən vəzifəsindən kənarlaşdırılmışdı.